Ərdoğan ABŞ, Avropa Birliyi və Rusiya ilə pişik siçanla oynadığı kimi oynayır – TƏHLİL

Baxış sayı:
6337

Serqey Şelin,
“Rosbalt”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə həmsərhəd olan, uzunluğu 500 km, dərinliyi 30 km olan Suriya ərazisini ələ keçirəcəyini, kürd hərbi birləşmələrini oradan çıxaracağını və orada sabitliyi bərpa edəcəyini vəd edib.
Belə görünür ki, bütün dünya Ərdoğanın əleyhinədir. BMT-nin Təhlükəsizlik Şurası tədirgindir. BMT baş katibi həyəcan keçirir - axı potensial humanitar fəlakətlər onun fəaliyyəti dövrünə təsadüf edəcək. Avropa Şurasında sanksiyalar söhbəti gedir. ABŞ Konqresində sanksiyaların siyahısı tutulur. Tramp əmin edir ki, lazım olsa, "türk iqtisadiyyatını çökdürəcək".
Bunların hamısı təbii görünür. Axı, qərbli təlimçilərin və hərbi ləvazimatların köməyi ilə Suriya torpaqlarında cihadçıların kvazi-dövlətini dağıdan əsas zərbə qüvvəsi məhz kürdlər idi. Görünür, indi döyüş yoldaşları üçün hərəkət etməyin vaxtı çatıb...
Hətta Vladimir Putin telefon danışığında türkiyəli həmkarına çox uzağa getməməyi tövsiyə etdi və formal olaraq onunla heç bir həmrəylik göstərmədi.
Belə çıxır ki, heç də kiçik olmayan bu dövlət (82 milyon əhali) və zəif olmasa da (böyük bir ordu və hərbi xərcləri ilə, təxminən 25 milyard dollara qədər artıb), bütün dünyaya qarşı təkdir. Və çox ürəklidir. Türklərin fikrincə, əməliyyat plana uyğun gedir. Heç bir tərəfdən problem gözləmirlər.
Hətta Ərdoğan Qərb supergücünün başçısının təhdidləri barədə açıq sarkazmla danışır: “Mən bu sözləri bəzi (Amerika) dairələrində gərginliyin qarşısını almaq üçün verilən açıqlamalar kimi qəbul edirəm. Hal-hazırda Amerika  qoşunlarının  Türkiyənin əməliyyat keçirdiyi Suriya ərazilərindən çıxarılması  onların (ABŞ-ın) əsl niyyətını nümayiş etdirir. Bizə Türkiyəyə qarşı çıxmayacaqlarını söylədilər".
Və heç bir cidd təpki olmayacaq. Amerikalıların alçaldılması kürdlərdən də yox, rusların S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə başladı. Ancaq "qəzəbli" Tramp Ərdoğanın ABŞ-a noyabr səfərini gözləyir və səxavətli komplimentərlə tərifləyir: "Çox insanlar asanlıqla unudurlar ki, Türkiyə ABŞ-ın ən əsas ticari tərəfdaşıdır... Onlarla iş görmək çox sərfəlidir... Bundan başqa, unutmayın, bu çox vacibdir - Türkiyə NATO-nun yaxşı reputaiyası olan üzvüdür".
Yeri gəlmişkən, orada baş verənləri görmək üçün Ankaraya gedən Stoltenberq yalnız bir neçə yarı məzəmmət, yarı iltifat  nigarançılığını da dilə gətirdi: "Mən NATO-nun bu əməliyyatla bağlı narahatçılıqlarını bildirdim... Əlbəttə, Türkiyənin təhlükəsizlik sferasında haqlı olaraq narahatçılıqları var... Heç  bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmadı, heç bir ölkə Türkiyə qədər Suriya qaçqınlarını qəbul etmədi...".
Yens Stoltenberq məsələnin məğzinə toxundu. İndi Türkiyədə dörd milyona qədər qaçqın var, əvvəl daha çox idi. 2015-ci ildə iki milyona qədər qaçqın Avropaya yığıldı. Ərdoğan onlara qapıları açdı və Avropanı "qaçqın dalğası"ndan xilas etdi. Avropa Şurasının indi bir hərbi əməliyyat üzündən Ərdoğana  real sanksiya qoyacağını düşünmək gülməlidir.
S-400 zenit-raket komleksi skandalına dözən və türkləri bu kompleksin döyüş hazırlığına gətirilməsini təxirə salmağa razı salmağa çalışan ABŞ-ın isə nələrsə edəcəyini gözləmək yersizdir.
Türkiyənin demək olar ki, hər cəhətdən Avropadan və ABŞ-dan geridə olmasına baxmayaraq, Ərdoğan onların Avropa və ABŞ kartlarını Türk kartı ilə vurdu və oyunu pozdu, oyunu öz istədiyi istiqamətə yönəltməyi bacardı.
Bu rus kartına da şamil olunur. Türklərin Su-24 təyyarəsini vurmasından sonra Putinin şəxsən Rəcəb Tayyib və gömrük rejimi haqda dediklərini, yağdırılan sanksiyaları xatırlamaq  yerinə düşər. Yarım ildən sonra Suriyada nüfuz dairələrinin bölünməsi ilə bağlı mübahisəni dostluq, hərbi əməkdaşlıq və konstruktiv danışıqlar əvəz etdi. Bu, indiyə qədər bizim rejimin əvvəl lənətlədiyi digər rejimlərlə münasibətləri bərpa etdiyi yeganə haldır.
Türkiyədə Şimalı Koreyanın nüvə silahı olmadan belə, bütün dünyanı qorxudan bir şey var. Türk Cümhuriyyəti 1920-ci illərin əvvəllərində Avropa həyat tərzini qəbul etmək istəyən ilk şərq ölkəsi və dünyəvi rejimə sahib olan ilk İslam toplumu olaraq, Osmanlı İmperiyasının dağıntıları üzərində yarandı. Hətta bu zaman bu derjavanın kimdənsə asılılığının mümkün olmadığını görmək olar. Və ümumiyyətlə, birbaşa maraqlarına bağlı olmayan hər hansı bir ortaq hərəkətlərdən yayınır. Bunu Atatürkün qalib gəlməsinə kömək edən və sonra kənarlaşdırılan  bolşeviklər başa düşdülər. Daha sonra Çörçill bunu başa düşdü, demək olar ki, II Dünya Müharibəsinin sonuna qədər Türkiyənin bitərəflikdən imtina edəcəyini və Almaniyaya qarşı müttəfiqlərinə kömək edəcəyini düşündü.
Müharibədən sonra türklər NATO-ya daxil  oldular. Yalnız Atlantik həmrəyliyi naminə deyil, Stalin boğazlarla maraqlandığı üçün. Bizim dövrümüzdə isə Türkiyə Avropada ən böyük ölkə olmaq üçün Avropa Birliyinə inteqrasiya olmağa çalışdı. Avropa Birliyi ilə sevgi keçdi və onu nazı ilə oynamağı lazım gəlmədi -axı onun şəxsi iradəsi yoxdur.
Birləşmiş Ştatlar Yaxın Şərqdən yavaş-yavaş kənarlaşır: Obamanın zamanında səliqəli və kübarca, Trampın vaxtında isə təlaşlı və səs-küylü. Rusiya bütövlükdə Türkiyədən güclüdür, lakin mərkəzdən kənarlarda zəifdir. Qonşu ölkələrin çoxu - İraq, Livan, Suriya isə tamam dağılmış vəziyyətdədir və dekorasiyaya çevriliblər.
Beləliklə, belə çıxır ki, nə kiçik, nə də çox böyük olmayan, öz əl-qolunu öhdəliklərlə bağlamayan və həmişə yalnız öz maraqları naminə hərəkət edən rejim, hər hansı bir səbəbdən bir anda bütün dünyaya meydan oxuya bilər.
Və heç kim türkləriı dayandırmağa cəsarət etmir. Heç kim ona  ​​bütöv bir “siçan yığını” ilə - Vaşinqtonla, Brüssellə və Moskva ilə, hələ  kiçik və orta Yaxın Şərq ölkələrini nəzərə almadan -    bir pişik kimi oynamağa mane ola bilmir. Türk vətəndaşlarının özləri belə.
Bunu vəziyyətin parlaq tərəfi adlandıraq. İndi ölkənin taleyi həqiqətən türk xalqının əlindədir. Onun öz rejimi ilə arasında olan münasibətə heç kim müdaxilə edə bilməz.

Tərcümə etdi: Muxalifet.az