Ərdoğan 4 yaşlı qızı saraya dəvət etdi

Baxış sayı:
3651

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yozgat səfəri zamanı onunla görüşə bilmədiyi üçün dərindən təəssüflənən 4 yaşlı İrmak Ayşə İstəki ailəsi ilə birgə prezident sarayına dəvət edib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı İrmakla telefonda danışıb.
Ərdoğan İrmakdan Ankaraya nə üçün gəlmədiyinin səbəbini soruşub, ardınca “Yozqata gəldim, o gün çox qar var idi. Sən üşüməyəsən deyə, atan səni evə apardı”, - bildirib.
Daha sonra isə Ərdoğan 4 yaşlı qızı prezident sarayına dəvət edib.
Dövlət başçısı telefonda İrmakın atası ilə də danışıb.