Ərdoğan: 31 martda buranı əsarətdən azad edəcəyik

Baxış sayı:
7936

İstanbulda ilk seçki mitinqini Ataşəhərdə həyata keçiririk. Martın 31-də isə buranı CHP-nin əsarətindən xilas edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ataşəhərdə keçirilən seçki mitinqi zamanı çıxışında bildirib. O bildirib ki, səs verilib-verilməməsindən asılı olmayaraq Türkiyənin bütün şəhərlərinə eyni xidmət göstərilir:
“Onlar bələdiyyə sədrliyi uğrunda bir-biri ilə didişdikləri vaxt biz burada millətimizlə qucaqlaşırıq. Ataşəhərə yeni bələdiyyə anlayışını gətirəcəyik. CHP vəzifədən azad edilən birini sizə namizəd göstərdi. Adı korrupsiyada hallanan birinin namizəd göstərilməsi sizə qarşı ən böyük hörmətsizlikdir".
Həmçinin Ərdoğan seçki mitinqində Binəli Yıldırımı istanbulluların dəstəkləyəcəyinə də inandığı bildirib:
“İnanıram ki, istanbullular Binəli qardaşıma çox böyük səs faizi ilə sahib çıxacaq”.