​Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadının boğazını kəsdi, özü də ...

60 yaşlı kişi həyat yoldaşının boğazını bıçaqla kəsərək öldürüb. Arvadını öldürəndən sonra özü də intihar edib.
Muxalifət.az xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərinin Səlcuqlu mahalında baş verib.
Hadisəni törədən Mahmud Qarasunun yaralı meyitini qonşular binanın önündə aşkarlayıb. Hadisə barədə polisə və təcili yardıma məlumat veriblər.
Əraziyə gələn tibb işçiləri ilkin tibbi yardım göstərəndən sonra M.Qarasunu özəl xəstəxanaya aparıblar. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
M.Qarasunun evində araşdırma aparmaq istəyən polis əməkdaşları qapının açılmadığını görüb, eyvandan içəri daxil olublar. Onun 60 yaşlı həyat yoldaşının boğazından bıçaqlanmış halda cəsədini aşkarlayıblar.
Araşdırma nəticəsində M.Qarasunun həyat yoldaşını öldürüb sonra intihar etdiyi məlum olub.