Ərdəbil imamı: Sıra Türkiyə və İrandadır

İranın iri şəhərlərində oxunan cümə xütbələrində Kürdüstanın müstəqillik referendumuna qarşı kəskin fikirlər səsləndirilib.

Muxalifet.az İRNA-ya istinadən xəbər verir ki, Tehran imamı Əhməd Xatəmi bildirib ki, Türkiyə, İraq və İranın birgə siyasəti nəticəsində ABŞ və sionist İsrail rejiminin bu fitnəkar planın qarşısı alınmalıdır.

Kirmanşah imamı Mustafa Üləma isə qeyd edib ki, qeyri-qanuni refendumdan kürd xalqı, o cümlədən bütün region zərər görəcək.

Bundan əlavə, Qum, İsfahan və Ərdəbildə oxunan xütbələrdə də bənzər planın Türkiyə və İrana tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıqlar edilib