​Rəcəb Tayyip Ərdoğan seçkiləri UDUZDU: muxtar ola bilmədi - FOTO

Baxış sayı:
6979

Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonundakı Dumlupınar məhəlləsindəki muxtarlıq seçkilərində namizədliyini irəli sürmüş 20 yaşlı Rəcəb Tayyip Ərdoğan 600 səs toplayaraq uduzub.
Virtualaz.org yerli “Birgün” qəzetinə istinadən xəbər verir ki, fəaliyyətdə olan muxtar Remzi Saral 1100 səs toplayaraq yenidən həmin vəzifəyə seçilib.
Gənc Ərdoğan seçkilərdən sonra jurnalistlərə deyib: “Bu, bir seçki idi. Qazanmaq da mümkün idi, məğlub olmaq da. Mənim üçün çox gözəl təcrübə oldu”.