Rəcəb Tayyib Ərdoğan "Türk Axını" qaz kəmərinin açılşına gedəcək

Baxış sayı:
211

Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət məsələləri üzrə prezident Şurasının üzvü Nursin Atesoğlu Güney, Avropaya Amerikadanqaz almaqdansa Rusiya qazını almağın niyə sərfəli olduğunu izah edib.

Güney Rusiyadan alınan qazın "çox ucuz" olduğunu qeyd edib. RİA Novosti xəbər verir ki, Güney,” ABŞ öz şist qazını bazara çıxarmağa çalışır və artıq onu müəyyən Avropa ölkələrinə daşıyıb gətirib, amma o çox bahadır" deyib.
Güneyə görə, “Türk Axını” Moskva və Ankara üçün ən vacib "strateji layihə" halına gəlib. O, qaz kəmərinin işləyəcəyinə tam əminliyini ifadə edib.
Güney izah edir ki, "Artıq Rusiya boru kəmərlərinin böyük bir şəbəkəsi mövcuddur" və bu, qazın Avropa üçün sərfəli olmasını təmin edir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bu il Türk Axını qaz kəmərinin açılışı ilə əlaqədar  Rusiyaya səfəri gözlənilir.
Muxalifet.az