Ərəblərin “Gənclik Mall”da İNANILMAZ GÖRÜNTÜSÜ: quzu ilə... - FOTO

Baxış sayı:
5126

“Gənclik Mall”da qəribə görüntü qeydə alınıb.
Belə ki, fotoda bir qrup ərəb turistin mərkəzin binasına quzu ilə daxil olduğu görünür.
Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən “Gənclik Mall”ın mətbuat xidməti Nuranə İsgəndərova görüntülərin yanlış anlaşıldığını bildirib:
“Görüntülənən şəxslər alış-veriş mərkəzinin qonaqları deyil. Görüntülər “Coin Coffee” mağazasının reklam çəkilişlərindəndir. Bildiyiniz kimi, “Gənclik Mall” işlədiyi saatlar ərzində onun ərazisinə hər hansı heyvan daxil etmək qadağandır. Mallın bütün girişlərində dayanan mühafizəçilər bu barədə qonaqlarımıza məlumat verirlər. Mağazanın reklam çəkilişləri isə iş saatından sonra, yəni axşam saat 22:00-dan sonra çəkilib”(Publika.az).