Ərəblərdən ingilis baş nazirə "orta barmaq" işarəsi – FOTO

Kameronun keçirdiyi mətbuat komfransında ilginc hadisə baş verib
 
Böyük Britaniyada keçirilən parlament seçkilərində qələbə qazanan Mühafizəkarlar partiyasının lideri, hazırkı baş nazirin David Kameronun keçirdiyi mətbuat komfransında ilginc hadisə baş verib.
Kameron qələbəni şərh edərkən jurnalistlərdən arxada oturan iki ərəbin göstərdiyi barmaq işarəsi kameraların yaddaşına düşüb.
Qeyd edək ki, Kameronun partiyası 650 yerlik icmalar palatasında 330 mandat qazanıb.
Onun əsas rəqibi olan Leyboristlər (Əmək) partiyası isə 232 yer qazanıb.
Baş nazir David Cameron bildirib ki, yaxın illərdə ölkədə Avropa Birliyinə üzvlüklə bağlı referendum keçiriləcək.
O, mayın 8-də kralica ikinci Yelizabetlə görüşüb və bundan sonra başqa partiyalarla kolaisiyaya girmədən yeni hökumət yaratmaq fikrində olduğunu bildirib. Seçkidə son 350 il ərzində ən cavan deputat seçilib. Seçkidə 20 yaşlı namizəd Mairi Blekin qələbəsi sensasiyaya səbəb olub.
Şotlandiyadakı millətçi partiyanı təmsil edən Mairi 1667-ci ildən bu yana Böyük Britaniyada ən gənc deputatdır(anspress).