Ərəblərdən Fələstinə XƏYANƏT: QƏRARI TRAMPLA BİRGƏ ALIBLAR

Baxış sayı:
2672

İsrailin “Kanal 10” Televiziyası, ABŞ prezidenti Trampın Qüds haqqındakı qalmaqal qərarının Misir və Səudiyyə Ərəbistanı ilə birgə verildiyini açıqlayıb.
 
İsrailin “Kanal 10” Televiziyası, ABŞ prezidenti Trampın Qüds haqqındakı qalmaqal qərarının Misir və Səudiyyə Ərəbistanı ilə birgə verildiyini, Ərəblərin bu qərarı pisləmələrinin isə saxta olduğunu deyib.
ABŞ prezidenti Donald Trampın, ABŞ səfirliyini Qüdsə daşıma və Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarının əks-sədaları sürərkən, diqqətçəkən bir iddia İsrailli televiziya kanalından gəlib.
İsrailin “Kanal 10” televiziyası, "Trampın qərarı Səudiyyə və Misir ilə razılaşdırılmışdır. Ərəblərin pisləmə bəyanatları ciddi deyil, saxtadır" deyə, açıqlama yayınlayıb.
 
TƏPKİLƏR CİDDİ DEYİL
 
İsrailİN "Kanal 10” televiziyasının Ərəb Dünyası üzrə analitiki Tsivika Yahzkili, "Bu addım tamamlamaq üçün deyildi, bu qərar regional səviyyədə Səudiyyə Ərəbistanı, Misir və digər region güclərilə Trampın birgə razılaşdırılaraq verdiyi qərardır. Bu addıma qarşı müqavimət göstərən Ərəb dövlətlərinin reaksiyalarından əmin deyiləm, bu arada reaksiyalar onsuz da ciddi deyil. Sisiyə baxın, bu qərarı pisləməsini oxuyun, iş ciddi deyil" deyə, açıqlama verib.
 
 QƏRAR O KÜRƏNİN ƏTRAFINDA VERİLİB
 
Misirin lideri Sisi və Səudiyyə Kralı Salman, Trampın may ayındakı Ərəbistan səfəri zamanı "Beynəlxalq Radikal Fikirlə Mübarizə Mərkəzi"nin açılışını həyata keçiriblər. Üç liderin işıqlı kürə ətrafında verdiyi poza, o zaman dünya gündəminə oturmuşdu. İndi belə bir sual yaranır ki, əcaba Qüds qərarı da həmin işıqlı kürə ətrafındamı verildi?
Müxalifət.az