Ərəblər şokda: ŞAHZADƏ SARAYDAN QAÇDI

Baxış sayı:
6316

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) dövlət başçısının müavini Məhəmməd bin Raşid Al-Mektumun qızı Şahzadə Lətifə, zorla saxlanıldığı evdən qaçaraq Cənubi Hind okeanında bir yaxtaya sığınıb. İllərdir azadlığının məhdudlaşdırdığını və 3 il ərzində həbsxanada işgəncə gördüyünü bildirən Şahzadə Lətifə, “Atam, həyatımda gördüyüm ən murdar, ən zərərli insandır. Neçə-neçə insanları qətlə yetirdi” deyib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm əmirliklərindən olan Dubayın baş naziri Muhəmməd bin Raşid Al-Mektumun qızı Şahzadə Lətifə Al-Mektum, saxlanıldığı evdən qaçaraq İngiltərənin “Daily Mail” qəzetinə şok açıqlamalar verib. Dünyanın ən zəngin ölkələrindən BƏƏ-nin dövlət başçısının müavini və iki mühüm əmirliyindən olan Dubayın baş naziri Muhəmməd bin Raşid Al-Mektumun qızı Şahzadə Lətifə Al-Mektum, zorla saxlanıldığı evdən qaçaraq Cənubi Hind okeanında bir yaxtada çəkdiyi video materiallarla atasının lazım olanda ailə içində belə tətbiq etdiyi işgəncə metodlarını ifşa edib. 33 yaşlı Şahzadə Lətifə çəkdiyi video ilə ailəsinin və atasının özünə tətbiq etdiyi işgəncələri ifşa edib. "GÜMAN ETDİYİNİZ KİMİ AZAD DEYİLDİK” Şahzadə Lətifə, video çəkilişində “Bizim əlimizdə güman etdiyiniz kimi heç bir azadlıq yox idi. Küçəyə çıxma qadağası vardı. Saraydan çıxanda müşahidə altında və evə müəyyən bir saatda dönməyə məhkum idim. Anam məndən (gündəlik etdiklərimizə dair) hesabat alınırdı. Və əlbəttə sürücüdən hara getdiyimiz də soruşulurdu. Sürücü bundan başqa, atamın ofisinə də bu hesabatları göndərirdi” - deyib. "ATAM HƏYATIMDA TANIDIĞIM ƏN MURDAR, ƏN ŞƏRLİ İNSANDIR” İfşaya davam edən Şahzadə Lətifə, “Atam həyatımda tanıdığım ən murdar insandır. Mənə işgəncə edənlərdən biri "Atan bizə sənə işgəncə etməyimizi əmr etd”i dedi. Atam, həyatımda gördüyüm ən murdar, ən zərərli insandır. Atamın şəxsiyyəti pislikdən ibarətdir. Heç bir yaxşı şeyi saxlamır. Neçə-neçə insanların həyatını dağıtdı. Neçə-neçə insanları qətlə yetirdi! Neçə-neçə insanları soyuqqanlıqla qətlə yetirdi. Atamdan qorxmuram. Hesab verəcək” deyib. İLK OLARAQ 16 YAŞINDA QAÇMAĞA ÇALIŞDI İlk olaraq 16 yaşında qaçmağa cəhd göstərən Şahzadə Lətifə, bu təşəbbüsünün uğursuzluqla nəticələnməsindən sonra dəfələrlə işgəncə gördüyünü danışıb. "Atasının adamlarının ona işgəncələr verdiyini bildirən Lətifə, Dubayda 3 il 4 ay ərzində həbsdə qaldığını açıqlayıb. Həbsdən çıxmasından sonra bir daha özünə şəxsi pasportunun heç vaxt verilmədiyini deyən Şahzadə, 2000-ci ildən bu yana heç xarici səyahətə çıxmadığını bildirib. Özünə avtomobil istifadə etmə icazəsi verilmədiyini deyən Şahzadə Lətifə, bütün hərəkətlərinin müşahidə altında tutulduğunu bildirib. "BÖYÜK MEKTUM HƏBSXANASINDAN QURTULUŞ” Hadisə Ərəb dünyasında Şahzadə Lətifənin "Böyük Mektum Həbsxanasından” qurtuluşu kimi şərh olunub. 5 dekabr 1985 təvəllüdlü Şahzadə Lətifə Dubay baş nazirinin Əlcəzairli həyat yoldaşı Huriyədən anadan olub. Dubay baş naziri Muhəmməd Bin Raşid Al-Mektumun 6 arvadından düz 30 uşağı var. Müxalifət.az