Ərəblərə çağırış: TÜRKİYƏNİ ÖRNƏK ALAQ!

Baxış sayı:
5125

Keçmiş Tunis prezidenti və Demokratik İnqilabları Müdafiə Ərəb Şurasının sədri Münsif Marzuki, prezident Ərdoğana və Türk xalqına dik duruşundan dolayı təşəkkür edərək, "Ərəb hökumətlərinə ən azından mövqe sahibi olmalarını tövsiyə edirəm ki, Türkiyəni özümüzə örnək alaq" - deyib.
 
Marzuki, "Duruşundan və bizi müdafiə etməsindən dolayı təşəkkürü haqq edirlər. Bunu Türkiyədən gözləyirdik. Ərəb hökumətləri isə ABŞ və İsraillə əməkdaşlıq etdiyi üçün susur" deyə, Ərəb liderlərini ittiham edib.
 
ABŞ LEGİTİMLİYİNİ İTİRİB
 
Tunisin millət vəkili Emad el Daimi isə, Demokratik İnqilabları Müdafiə Ərəb Şurası adından verdiyi bəyanatda, "Amerika legitimliyini itirib. Bundan sonra Amerika heç bir sülh müzakirəsində iştirak etməməlidir. Bu soyqırım, insanlığa və müqəddəs yerlərə edilən düşmənçilikdir. Ərəb rejimləri Fələstinə yardım etməkdən geri çəkildi" deyib.
 
ÖZLƏRİNƏ ETİMAD ETSİNLƏR
 
Nobel mükafatlı Yəmənli aktivist Təvəkkül Karman da Fələstin xalqına müraciət edərək, "Yalnız özlərinə etimad etsinlər. Sonunda haqlarını mütləq geri alacaqlar" deyə, bildirib.
Müxalifət.az