“Ərəblər bizi satdı, tək ümidimiz Türkiyədir” – Fələstinli professor

Baxış sayı:
10846

Fələstinli professor Abdulfettah əl-Uveysi "Sionist İsrailə qarşı müqavimətimizdə tək ümidimiz Türkiyədir” deyib.
 
"Amerika Fələstinin azadlıq mübarizəsinə son qoymağa çalışır" deyən professor əl Uveysi, "ABŞ səfirliyini Qüdsə köçürərək 'Qüds İsrailin paytaxtı olacaq' mesajını verdi. ABŞ-ın Golan Təpələri üzərində İsrailin suverenliyini tanımasından sonra “Qərbi Şeria da İsrailindir”, deyəcəklər" deyə söyləyib.
Türkiyənin Fələstinlilərin tək ümidi olduğunu söyləyən əl-Uveysi, sözlərinə belə davam edib:
"Ərəb ölkələri bizim mübarizəmizi satdı. Fələstindən uzaqlaşaraq sionist İsrail və ABŞ ilə yaxınlaşmaq istəyirlər. Türkiyədən Fələstin mövzusunda kömək gözləyirik".
Müxalifət.az