​Ərəblər Azərbaycanda lüks istirahət edirlər

Baxış sayı:
148

Azərbaycana Yaxın Şərq ölkələrindən gələn turistlər bahalı otellərə, lüks istirahətə, dadlı yeməklərə daha çox üstünlük verirlər.
Bunu Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib. 
Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlər isə əsasən regionlara səyahət etməyə, gözəl yerlərə baxmağa və ekoturlara üstünlük verirlər: "Bu ölkələrdə açılacaq nümayəndəliklər strategiya üzrə öz fəaliyyətlərini göstərəcək və Azərbaycanın turizm təbliğatını aparmağa köməklik edəcəklər"./Azvision/