Ərbəkandan Ərdoğana çağırış - "ABŞ-a getmə"

Baxış sayı:
2776

Türkiyənin köklü partiyalarından olan və böyük siyasi xadim Nəcməddin Ərbəkanın yaratdığı "Refah" partiyasının lideri Fatih Ərbəkan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ səfərinə etiraz edib.
Publika.az xəbər verir ki, partiya sədri dövlət başçısının Donald Trampın Türkiyədən və Türk xalqından üzr istəməyincə bu ölkəyə səfər etməməli olduğunu deyib.
O, Ərdoğana çağırış edərək, 13 noyabrda planlaşdırılan ABŞ səfərini təxirə salmağı tələb edib.