Ərəbistanda vəliəhdlər arasında savaş başladı – VƏLİƏHDƏ QADAĞA

Səudiyyə Ərəbistanının sabiq vəliəhd şahzadəsi Salman Məhəmməd bin Naifin ölkədən və saraydan çıxışına qadağa qoyulub.
 
Bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, o, yeni vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz əl-Səuda qarşı təxribat təşkil etməsi ehtimalına görə belə bir qadağa ilə üzləşib.
Xarici mənbələr tərəflər arasında ciddi rəqabətin olduğunu yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib.