​Ərəbistan İsrailə görə Fələstinə TƏZYİQİ ARTIRIR

Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib.
Muxalifət.az xəbər verir ki, bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin “İ24Nyus” telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.
Qeyd edək ki, noyabrın 7-də Abbas gözlənilmədən Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün Ər-Riyada gəlib. Ərəbdilli mətbuat Səudiyyə Ərəbistanının Mahmud Abbasa təzyiq edərək onun İran və Hizbullaha qarşı koalisiyaya cəlb edilməsinə çalışdığını bildirib.