Ərəbistan Almaniyaya SANKSİYA TƏTBİQ EDİR – İrana görə

Baxış sayı:
1459

Səudiyyə Ərəbistanı alman şirkətlərinə verdiyi sifarişləri dayandıracaq.
Muxalifət.az xəbər verir ki, bu barədə dövlət müəssisələrinə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tapşırıb. Ər-Riyadın sanksiya tətbiq etdiyi şirkətlər sırasına “Simens”, “Bayer” və “Boehringer” kimi şirkətlər daxildir.
Ərəbistan Ər-Riyad və Ciddəyə yüzlərlə avtobus tədarük etməli olan “Daimler” şirkətinin xidmətindən də imtina edib.
“Der Şpigel” jurnalı öz mənbələrinə istinadən sanksiyalarla bağlı məlumatı təsdiqləyib:
“Bu sanksiyaların ağır nəticələri səhiyyə sahəsində artıq hiss edilir. Sifarişlərdən ilk növbədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi imtina edir”.
Qeyd edək ki, Almaniya ilə Səudiyyə Ərəbistanı münasibətlərindəki soyuqluq bir neçə ildir davam edir. Bir neçə ay əvvəl Qərb ölkələrinə səfərə gedən Məhəmməd bin Salmanın yeganə baş çəkmədiyi ölkə də məhz Almaniya olub.
Ər-Riyadla Berlinin mövqeləri xüsusilə İran məsələsində üst-üstə düşmür. Belə ki, Berlin Səudiyyə Ərəbistanından fərqli olaraq İranla nüvə sazişinin ləğvini istəmir. Bu isə Tehranı özü üçün təhdid kimi görən Ər-Riyadın maraqlarına cavab vermir.