​Ərbillə Bağdad arasındakı atəşkəs yalan çıxdı - YENİLƏNDİ

İraq ordusu və peşmərgə arasında atəş barəsində razılığa gəlinib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində keçirilən referendumdan bir qədər sonra tərəflər arasında şiddətli döyüşlər olub. İraq ordusu bir neçə strateji bölgəni peşmərgədən azad edib.

20:17

İraq ordusu və peşmərgə arasında atəşkəs keçirildiyinə dair açıqlamasının yanlış olduğunu bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tvitter hesabında açıqlamasında ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Rayan Dillon deyib.
Dillon rəsmi olaraq atəşkəs əldə edilmədiyini və beynəlxalq koalisiyanın münaqişənin dialoq yolu ilə həllinə dəstək verdiyini bildirib.