Ərbildəki Türk diplomatlara hücumun arxasında kim var?

Baxış sayı:
10423

Türkiyə “Pəncə” əməliyyatı ilə İraqda Kandildən Münbiçə uzanan terror koridorunu dağıdarkən, Kürdlərin yaşadığı Şimali İraq müxtariyyətinin paytaxtı Ərbildən alçaq bir terror xəbəri gəldi. Restoranda yemək yeyən Türk diplomatlar silahlı hücuma uğradı. Konsılluq əməkdaşı Osman Kosa şəhid olarkən, masada olan 2 İraqlı da həyatını itirdi. Hücumu boynuna götürən olmadı, ancaq işarələr PKK və dəstəkçisi ABŞ-nı göstərir. Türkiyənin digər terror düşərgələrinə əməliyyata hazırlandığı, İraqla yaxınlaşmanın artdığı bir dövrdə özündə mesaj daşıyan bir hücum meydana gəldi. İraqın şimalındakı Ərbil şəhərində bir restoranda yemək yeyən Türk baş konsulluq vəzifəliləri silahlı hücuma uğradı. Diplomatlara güllə yağdıran 3 təcavüzkar konsulluq vəzifəlisi Osman Kosanı şəhid etdi. Hadisədə 2 İraq vətəndaşı da həyatını itirdi. GÜLLƏ YAĞDIRDILAR Hücum saat 14:10 radələrində baş verib. İddiaya görə, bir ziyarətdən dönən 2 konsulluq müavini Ərbilin ən etibarlı yerlərindən Ankavada olan və Türklərin tez-tez gəldiyi ‘Hoqqabaz' adlı restorana girərək bir masaya oturub. Dərhal onların arxalarından restorana gələn 3 təcavüzkar, Türk diplomatla yanaşı masada oturanlara güllə yağdırıb. Hadisə yerindən dərhal uzaqlaşan təcavüzkarlar onları gözləyən avtomobilə minərək qaçıb. Nəzarətə alınan restoran sahibi təcavüzkarların mülki geyimli olduğunu ifadə edib. İstintaqın ilk mərhələsində əlavə 10 adamın da nəzarətə alındığı öyrənilib. Hücumda şəhid olan evli və 2 uşaq atası Osman Kosa, bu gün məmləkəti Mersində torpağa veriləcək. Müxalifət.az