Ərəb turist Bakıdakı gecə klubunda fantastik hesab ödədi - FOTO

Baxış sayı:
4231

Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb. Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər. Onlar buna 2000 AZN-dən çox pul xərcləyiblər. Qeyd edək ki, son vaxtlar buna bənzər hallara tez-tez rast gəlinir. Körfəz ölkələrindən olan turistlərə ölkəmizdəki istirahət və əyləncə mərkəzlərində fantastik hesabların təqdim olunmasını əks etdirən fotolar tez-tez sosial şəbəkələrdə yayılır. Xatırladaq ki, bir müddət öncə paytaxtdakı kafelərin birində nahar edən ərəblər 1143 manat pul ödəyiblər. Bundan əvvəl isə Qəbələdə qəlyanaltı ərəb turistlərə 617 manata başa gəlmişdi.