Ərəb qəbilələrindən terror təşkilatı YPG-yə etiraz: Rusiya da etiraz etdi

Baxış sayı:
5767

Suriyanın şimalında bir dövlət qurmaq cəhdində olan terror təşkilatı YPG/PKK ABŞ-ın dəstəyi ilə fəaliyyətinə davam edir.
 
 Terror təşkilatı YPG/PKK-nın hədəfində Ərəb tayfaların sıx olaraq yaşadığı bölgələr var.
YPG-li terrorçular öz regionlarında intensiv olaraq yaşayan kürd əhalini Ərəb tayfaların olduğu bölgələrə köçürtmək istəyir.
ABŞ-ın dəstəyi ilə baş verən bu hadisəyə Rusiya da təpki verib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu prosesin Suriyanın parçalanması ilə nəticələnəcəyi xəbərdarlığını edib.
 
SURİYANIN PARÇALANMASINA SƏBƏ OLAR
 
 Lavrov, “Kürdlərin yaşadığı bölgələrin onların milli irsi olaraq qalmağı davam etdirməsi lazımdır. ABŞ-ın Ərəb qəbilələrinin tarixi olaraq yaşadığı yerlərə kürdləri yerləşdirmə cəhdləri pis bir prosesdir, birbaşa separatizmə və Suriyanın parçalanmasına gedəcək bir yoldur" deyə bildirib.
 
DEYRİZORDA TERROR TƏŞKİLATI YPG-yə ETİRAZ
 
 Digər tərəfdən, Suriyanın şərqindəki Deyrizor bölgəsində ərəb sakinlərinin terror təşkilatı YPG/PKK-ya qarşı etiraz aksiyalarının üçüncü həftəsinə daxil olduğu bildirilir. Qeyd edək ki, terror təşkilatı YPG-nın əsas onurğasını təşkil etdiyi ABŞ dəstəkli Suriya Demokratik Gücləri (SDG), neft zəngini bölgənin nəzarətini 18 ay əvvəl ələ keçirmişdi.
Müxalifət.az