Ərəb “qardaşlığı” – İNDİ İSƏ QƏTƏRDƏN TORPAQ İSTƏYİRLƏR

Muxalifət.az xəbər verir ki, Qətərə embarqo tətbiq edən ərəb dövlətləri bu ölkəni sıxışdıqmaq səylərini davam etdirirlər.
Körfəz ölkələrinin birindən Dohaya qarşı qəribə bir bəyanat verilib. Bəhreyn Qətərin şimal sərhədlərinə iddia edir. Bəyanatda deyilir: “Xarici müdaxilə nəticəsində qoparılan torpaqlarımız geri qaytarılsın”.
 
Bəhreyn torpaq istəyir
Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının əmrlərinə tabe olan Bəhreyn Qətərin şimal sərhədlərindəki ərazini ələ keçirmək istəyir.
 
Vaxtın seçilməsi diqqəti cəlb edir
Bəhreynin “Xarici müdaxilə nəticəsində qoparılan torpaqlarımız geri qaytarılsın” tələbinin Liviyanın keçmiş baş naziri Haririnin istefasından dərhal sonra verilməsi də diqqəti cəlb edib.
Bu çağırışı Liviyaya hərbi müdaxilə ehtimalının artması kimi dəyərləndirirlər.