ƏRƏB ÖLKƏLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ: "HƏRBÇİ GÖNDƏRSƏNİZ, TÜRKİYƏ..."

Baxış sayı:
8323

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İranın Qərarların Uyğunluğu Şurasının katibi Möhsün Rəzai ərəb ölkələrinin Suriyanın şimalına hərbçi göndərəcəyi təqdirdə, Türkiyə ilə cəbhələşmə risqinin yaranacağını deyib.
“Əl Cəzirə” televiziyasına müsahibə verən Rəzai deyib: “Suriyanın şimalında ərəb hərbçilərin varlğı Türkiyə ilə təhlükəli qarşıdurma yarada bilər. ABŞ-ın Suriyaya ərəb ölkələri hərbçilərini göndərmək planı xətalıdır”.
“Wall Street Journal” (WSJ) qəzeti ötən həftə Suriyadan çıxmaq istəyən ABŞ prezidenti Donald Trampın Suriyanın şimal-şərqindəki Amerika hərbçilərinin yerinə Misir və körfəzdəki ərəb krallıqlarının hərbçilərinin yerləşdirilməsi üçün danışıq apardığını yazmışdı.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr dünənki byanatında bildirmişdi: “Qətər ABŞ-ın hərbi dəstəyini itirmək istəmirsə, Suriyaya hərbçi göndərməyə məcburdur”.
Cubeyr Trampın mətbuat konfransında çıxış edərkən dediyi “Qətər ABŞ-ın Suriyadakı hərbi varlığının pulunu verməli və oraya öz hərbçilərini göndərməlidir. Bunu ABŞ prezidenti Qətər torpaqlarındakı hərbi bazasını ləğv eləmədən əvvəl eləməlidir” sözlərini sitat gətirmiş, əks təqdirdə Qətər hökumətinin bir həftə davam gətirməyəcəyi ilə təhdid eləmişdi.