​Ərəb nazirlər İrandan BMT-ə şikayət edir

Ərəb Xarici İşlər Nazirləri Şurası İranın maliyyələşdirdiyi peyk kanallarını bağlamaq və Tehranın ərəb ölkələrinə müdaxilələrini BMT Təhlükəsizlik Şurasına təqdim etmək qərarı veriblər.
Muxalifət.az xəbər verir ki, nazirlərin Qahirədə keçirilən fövqəladə iclasından sonra 14 maddədən ibarət bəyanat yayılıb.
Bəyanatda Şuranın Nyu Yorkdakı nümayəndəliyinə İranın fəaliyyətlərinin ərəb milli təhlükəsizliyi üçün yaratdığı təhdid, Yəməndəki “terrorçu” milisləri dəstəkləməsi və Yəməndən Ər-Riyada ballistik raket zərbəsi endirməsi kimi məsələlərin BMT Təhlükəsizlik Şurasına daşınması tapşırığı qoyulub.
 “İranın Bəhreynin daxili məsələlərinə qarışmağa davam etməsi, orada İnqilab Keşikçiləri Korpusu və Hizbullah tərəfindən yetişdirilən, maliyyələşən terror qrupları qurması mehriban qonşuluq prinsipləri ilə ziddiyyət təşkil edir”, - bəyanatda deyilib.
Bəhreynin terrorla mübarizə və ölkənin tərəqqisinin qorumağa yönələn istənilən addımının dəstəklənəcəyi açıqlanan bəyanatda, İranın Hörmüz boğazına yaxın Əbu Musa, Böyük və Kiçik Tumb adalarını işğal etməsi tənqid edilib./axar/