​Ərəb nazir açıqlama verdi — Neftin qiyməti qalxdı

Baxış sayı:
2926

Bu gün birjadakı ticarət zamanı Brent markalı neftin qiyməti 70 dollara çatıb.
Muxalifet.az-ın APA-ya istinadən xəbərinə görə, neftin qiyməti 70,20 dolları keçib, sonra isə korreksiya nəticəsində bir qədər aşağı düşüb. 
Qiymət artımına Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falihin açıqlamaları təsir edib. Xalid əl-Falih bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir. 2017-ci ilin yanvarından bəri tərəflər bazarda təklifi azaltmaq üçlün hasilat həcmini gündə 1,8 milyon barel ixtisar edirlər.