Ərəb Bakıda məhkəmə qarşısına çıxarılacaq

Ərəb turistin Bakıda hotellərin birində qadını döyməsi, onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcək.
Muxalifet.az xəbər verir ki, Nəsimi rayon məhkəməsində inzibati sorğuya baxılacaq və sanksiya tətbiq olunacaq.
Hazırda faktla bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılır.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən hotellərin birində Bəhreyndən olan turist 25 yaşlı Mohamed Haqmed Alqasser dava salaraq, 1986-cı il təvəllüdlü Bakı sakini olan qadını döyüb.
Zərərçəkən şikayətlə polisə müraciət edib. Məlum olub ki, ərəb turistin özü də müxtəlif dərəcədə xəsarətlər alıb. Belə ki, pul üstündə mübahisə etmiş iştirakçılar bir-birini döyüb.
Qeyd edək ki, Qadın ərəb turistlə küçədə tanış olduqdan sonra, onlar “yaxşı” vaxt keçirmək üçün hotelin nömrəsinə qalxıblar.