“Razılaşmasaydıq, türklər bütün bölgəni ələ keçirəcəkdilər” - ABŞ QORXUSUNU ETİRAF ETDİ

Baxış sayı:
535

ABŞ-ın göndərdiyi heyətinin tərkibində Ankarada prezident R.T.Ərdoğanla görüşdə iştirak eləmiş Suriya üzrə xüsusi nümayəndə Ceyms Ceffri deyib: “YPG-nin bu bölglərdə qala bilmək istədiyinə şübhə yoxdur. Bu sahələrdə heç bir hərbi qabiliyyətlərinin olmadığını qiymətləndirdik. Türk ordusu qısa müddət içərisində çox böyük bir ərazini ələ keçirdi. Razılaşmasaydıq, davam edəcəklərinə şübhəmiz yox idi”.

Ceffri Türkiyənin tələblərinin qəbul edilməyəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələri ilə müxaliflərdən ibarət Suriya Milli Ordusunun  bütün bölgəni alacağını bildirib.

Ceffri razılaşmada “atəşkəs” yox, “müvəqqəti dayandırma”dan bəhs edildiyini deyib və əlavə edib: “Türkiyənin əməliyyatlarını dayandırması 5 gün davam edəcək. Bu beş günün sonunda əgər PYD bölgəni tərk edərsə, türklər şimal-şərqi Suriyadakı bütün əməliyyatlarını dayandıracaqlar”.