​Rasmussen NATO-nun iki səhvini açıqladı

Baxış sayı:
235

NATO iki ciddi səhvindən biri zamanında Putini ciddiyə almaması idi.
Muxalifet.az xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen deyib.
“Mən 2008-ci il sammitində olan qeydləri yenidən oxudum və gördüm ki, Putinin Krımla bağlı bəyanatları onun sonradan etdiklərinə çox bənzəyir. Əgər biz bilsəydik və onu ciddiyə alsaydıq, o zaman özümüzü başqa cür aparardıq. Digər tərəfdən 2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü prosesdurunu başlatmamaqla alyans Rusiyaya lazımi siqnalı verə bilmədi. Nəticədə Moskva artıq aqressiv hərəkət edə biləcəyinə qərar verdi” – deyə o bildirib.