“Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq” - Oqtay Əsədov

   "Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.
O, aktyora kömək olunmasını xahiş edib: "Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”
MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.