​Rasim Balayevi yəhudi həkim müalicə edir

Baxış sayı:
1627

Xalq artisti Rasim Balayevin İsraildən gələn həkim tərəfindən aparılan müalicəsi artıq yekunlaşıb.
Bu barədə Kult.az-a xalq artisti R.Balayev özü açıqlama verib. Aktyor bildirib ki, onun müalicəsi üçün Bakıya gələn həkim artıq ölkəsinə qayıdıb.
R.Balayev bildirib ki, ilk müalicədən sonra özünü yaxşı hiss etsə də, növbəti müalicəyə ehtiyac var:
“Ağrılarım tam olaraq aradan qalxmasa da, indi əvvəlkindən xeyli yaxşıyam. Müalicədən sonra həkim öz ölkəsinə qayıdıb. Mənə müəyyən tapşırıqlar verib ki, onları yerinə yetirirəm. Ancaq həkim 3-4 aydan sonra Bakıya gələcək. Özü getməzdən öncə bildirdi ki, Bakıya gələndə yenidən görüşəcəyik. İnşallah, o gələnə qədər növbəti müalicəyə ehtiyac qalmaz. Ancaq hər ehtimala qarşı həkim gələndə yanına gedəcəm ki, bir daha yoxlasın. Verdiyi tapşırıqları yerinə yetirdikcə hiss edirəm ki, daha da düzəlirəm”.
R.Balayev bildirib ki, aparılan müalicə üçün ondan heç bir vəsait tələb edilməyib:
“Bilmirəm, müalicəmin xərcini dövlət ödədi, yoxsa fərdi şəxs. Ancaq məndən buna görə bir qəpik də tələb etmədilər”.
Qeyd edək ki, xalq artisti R.Balayev şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir. Onun onurğasında da problem var.