​Rasim Balayev Türkiyəyə müalicəyə gedir: "XƏRCLƏRİ DÖVLƏT ÇƏKƏCƏK"

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.
Muxalifət.az bildirir ki, bu barədə "Report"a xalq artisti özü məlumat verib.
O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicə müddətində demək olar ki, Bakıda bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim".
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.