​Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər SAXLANILDI

Baxış sayı:
6358

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.
Bu haqda musavat.com-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qatilləri ifşa olunaraq saxlanılıb. Məlumata görə, qətl olayında iştirak edənlər arasında Ruhiyyə adlı qadın da olub. Dəstə üzvlərinin 5-6 nəfər olduqları deyilir. Bildirilir ki, onlardan biri Fərman Məmmədovun oğlunun dostudur. Mənbə onu da bildirir ki, saxlanılanlar arasında “Krokodil ” ləqəbli xalça alverçisi də var.
Musavat.com-un əldə etdiyi məlumata görə Ruhiyyə Fərman Məmmədovun bacısının nəvəsidi. Cinayətdə şübhəli bilinən qadın Tovuzda tanınmış həkimlərdən birinin nəvəsidi.
Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdı.