​Ramiz Mehdiyev Tarix İnstitutuna yeni direktor təyin etdi

Baxış sayı:
1084

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.
Bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.
1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, bundan əvvəl Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olub. Y.Mahmudov bir neçə gün öncə institutun direktoru vəzifəsindən azad edilərək AMEA prezidentinin müşaviri təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təyin ediləcəyi iddia olunurdu/Pravda.az