Ramiz Mehdiyev, hər iki Əli Həsənov və Siyavuş Novruzov YAP-ın İdarə Heyətindən çıxarıldılar - YENİLƏNİB

Baxış sayı:
554

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin bəzilərinin adı məlum olub.

Belə ki, İdarə Heyətinin keçmiş üzvləri - AMEA prezidenti Ramiz Mehdiyev, Prezidentin keçmiş köməkçisi Əli Həsənov, Baş nazirin sabiq müavini Əli Həsənov və deputat Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Bundan başqa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP Qadınlar Şurasının sədri seçilib.

***

Bu dəqiqələrdə hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatıb. Trend xəbər  verir ki, partiyada YAP-ın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə çatdırılıb. Habelə Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb, partiyanın yeni nizamnaməsi qəbul olunub.

Qurultay partiyanın Siyasi Şurasının ləğv edilməsi haqda da qərar çıxarıb. Əvəzində Veteranlar Şurası yaradıb. Bu şuranın sədri keçmiş deputat Arif Rəhimzadə seçilib.