​Ramin Hacılı AZADLIQDA

Baxış sayı:
13558

Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı azadlığa buraxılıb.
Bu barədə R.Hacılının özü sosial şəbəkədə məlumat paylaşıb.
O, fotosunu paylaşaraq "Salam dostlar. Azadlıqdayam! Hər şey yaxşı olacaq!"şərhini yazıb
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb.