Ramil Usubov qohumunu işdən çıxardı - YENİ TƏYİNAT

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
 
Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi İlham Paşayevi yaş senzi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazir digər bir əmri ilə onun yerinə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevi təyin edib.
 Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işində adı hallanan İlham Paşayev Xətai rayon prokuroru Yusif İldırmzadə ilə bacanaqdı.
 Y.İldırımzadə isə Ramil Usubovla qudadır.