​Ramil Usubov polis kapitanına VƏZİFƏ VERDİ

Baxış sayı:
328

Daxili İşlər naziri Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin edib.
General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev bu vəzifəyə təyinat alıb.
Xəbəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə ay öncə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi təyin edilib./Unikal