Ramil Usubov onu rəis təyin etdi

Baxış sayı:
11641

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev vəzifəsindən azad edilib.  
O, Yevlax rayon Polis İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov vəzifəsindən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.