Ramil Usubov kollektivlə sağollaşdı - VİLAYƏT EYVAZOV NAZİR QİSMİNDƏ TƏQDİM EDİLİR

Baxış sayı:
8878

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyi (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

“Report”un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Əlavə məlumat veriləcək.