​Ramil Quliyev finala yüksəldi

Baxış sayı:
217

Avropa Atletika Assosiasiyasının mükafatları oktyabrın 26-da sahiblərinə veriləcək.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Atletika Federasiyasından məlumat verilib.
Məlumata görə, dünya və Avropa çempionu Azərbaycan əsilli idmançı Ramil Quliyev "ilin atleti" səsverməsində ardıcıl olaraq ikinci dəfə finala çıxıb.
28 yaşlı atlet Berlində 16 illik çempionat rekordunu qıraraq qazandığı qızıl medal və mövsüm boyu göstərdiyi yüksək performansdan sonra Avropa Atletika Assosiasiyası tərəfindən finalçılar arasına seçilib.
Başlanğıcda 10 atletdən ibarət olan namizəd siyahısı, internet səsləri, federasiya və media üzvlərinin qiymətləndirmələrindən sonra 4-ə enib. Avropa Atletika Assosiasiyasının mükafatlarını qazanan atletlərin adları oktyabrın 26-da İsveçrənin Lozanna şəhərindəki mərasimdə açıqlanacaq.