Ramil Quliyev “Brilliant Liqa”-nın da qalibi oldu - Video

Azərbaycanlı atlet Ramil Quliyev növbəti zəfərini qazanıb.
 
Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” ("Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.
 Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.