Ramazandan sonra ABŞ “XAOS” PLANINI HƏYATA KEÇİRƏCƏK

Baxış sayı:
6181

İsrail səfirliyini Qüdsə köçürərək xaosun fitilini yandıran ABŞ prezidenti Donald Trampın, paytaxtı Əbu Dis olan məhdud bir Fələstin dövlətinin qurulmasını nəzərdə tutan “sülh planı”nı, Ramazandan sonra açıqlayacağı bildirilir.
 
Amerika səfirliyini İsrailin paytaxtı olaraq qəbul etdiyi Qüdsə köçürən ABŞ prezidenti Donald Tramp, Yaxın Şərqdə tarazlığı bir daha işğal güclərinin xeyrinə dəyişdirəcək yeni planını açıqlamağa hazırlaşır. “Associated Press” Xəbər Agentliyi, Tramp rəhbərliyinin bir müddətdir üzərində çalışdığı  “Fələstin-İsrail sülh planı”nı, Ramazandan sonra, iyun ayının ortasında açıqlayacağını bildirib. Agentliyə məlumat verən beş ayrı Amerikalı diplomat, Trampın kürəkəni Kuşner və Yaxın Şərq sülhü ilə bilavasitə məsul olan müşaviri Jason Greenbaltt tərəfindən hazırlanan “sül planı”nın mətninin tamamlandığını söyləyib.
 
KÜRƏ ƏTRAFINDA TOPLANAN BÖLGƏ LİDERLƏRİ TƏMİNATÇI ROLUNDA
 
Yaxın Şərqi yenidən qarşıdurma vəziyyətinə gətirəcək planın tam bir yekun sənəd olmadığını vurğulayan Amerikalı diplomatlar, planın açıqlanmasından sonra üç Körfəz ölkəsinin dövlət rəsmiləri, Misirin çevriliş edən lideri Sisi, Fələstin və İsrailin bazarlıqlara başlayacağına işarə edib. İsrailin “Jerusalem Post” qəzeti, sözügedən Ərəb liderlər arasında Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zahidin olduğunu da yazıb.
 
MƏSCİD-İ AKSANI DA İSTƏYİRLƏR
 
Plana ən böyük yer ayıran Mossad Kəşfiyyat XidmətinƏ yaxınlığı ilə tanınan “Debka” xəbər saytı isə Trampın “xaos” planının detallarını açıqlayıb. Xəbərə görə, "məhdud bir şəkildə qurulacaq Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdəki Əbu Dis olacaq. Plana görə, Şərqi Qüdsün Ərəb məhəllələri Fələstinə verilsə də, Məscid-i Aksanın da daxil olduğu Qədim Şəhərin nəzarəti tamamilə İsraildə olacaq.
 
PLANIN DETALLARI
 
“Debka”nın xəbərinə görə, ABŞ prezidenti Donald Trampın Fələstinlilərə uyğun bildiyi qalmaqal sazişin müddəaları bunlardır;
Qurulacaq Fələstin dövləti, Qərbi Şerianın yarısı ilə Qəzzadan ibarət olacaq.
İsrail, Qərb Şeria və sərhədlərin təhlükəsizliyini təmin edəcək.
Qərbi Şerianın İordaniya Vadisi bölgəsi İsrailin hakimiyyətində olacaq.
Şərqi Qüdsün Ərəb məhəllələri Fələstinə verilərkən, Məscid-i Aksanın da yer aldığı Qədim Şəhər bölgəsi İsrailin nəzarətində olacaq.
Fələstin dövlətinin paytaxtı Əbu Dis olacaq.
Fələstindəki məscidlərin rəhbərliyini İordaniya həyata keçirəcək.
Qəzza Zolağı, Həmasın silah buraxdığı təqdirdə Fələstin dövlətinə daxil ediləcək.
Fələstinli qaçqınlara geri dönüş haqqı tanınmayacaq, ancaq təzminat üçün beynəlxalq bir mexanizm yaradılacaq.
Trampın planı ilə birlikdə İsrail, yer üzündəki Yəhudilərin dövləti kimi tanınacaq.
Müxalifət.az