Ramazanda Türk məscidi qarşısında DONUZ BİŞİRMƏK İSTƏDİLƏR

Baxış sayı:
3124

Mühacirət və İslam əleyhinə ifrat sağçı Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (Pegida) təşkilatının, Hollandiyanın Utrecht şəhərindəki Türk Məscidi qarşısında keçirmək istədiyi piknik və donuz bişirmə aksiyası bələdiyyə tərəfindən qadağan olunub.
 
Utrecht Bələdiyyəsi, ifrat sağçı təşkilatın Ramazan ayında keçirmək istədiyi aksiyanı məsuliyyətsizlik kimi qiymətləndirib.
“Pegida”-nın Hollandiya rəhbərliyi, bələdiyyəyə müraciət edərək, üzvləri ilə birlikdə 4 iyunda şəhərin mərkəzində yerləşən Məscid qarşısında piknik və donuz bişirmək üçün icazə istəyib.
İfrat sağçı təşkilat, Müsəlmanların müqəddəs ayı Ramazan boyu, Hollandiyadakı digər böyük şəhərlərdə də, məscid qarşılarında oxşar tədbirlər keçirməyi planlaşdırır.
 
İCTİMAİ ASAYİŞ ÜÇÜN TƏHLÜKƏ
 
Ancaq Utrecht Bələdiyyəsi, məsuliyyətsizcəsinə keçirilməsi istənilən bu tədbirin ictimai asayiş üçün təhlükə yaradacağına qərar verib. Bələdiyyə sədri Yan van Zanenin sözçüsü, "Aksiyaya icazə verilməsi konstitusion bir haqqdır. Ancaq ortada ictimai asayişi təhdid edən bir durum varsa, buna qarşı məhdudiyyətlər tətbiq oluna bilər" deyib.
Bələdiyyə, ifrat sağçı təşkilata məsciddən uzaq bir yerdə yerləşən Westpleindəki sahəni təklif edib.
“Pegida” üzvləri axşam saat 20-00-dan 22-00-dək bu ərazidə toplaşacaq. Ancaq ifrat sağçıların açıq sahədə tonqal yandırması, piknik və digər donuz bişirmə kimi fəaliyyətləri qadağan olunacaq.
Tədbirdə sərt materiallardan düzəldilən boşqab, stəkan və çəngəl, bıçaq kimi materialların istifadə edilməsinə də icazə verilməyəcək.
Bələdiyyə sözçüsü, ifrat sağçıların bu qərara etiraz hüququnun olduğuna da işarə edib.
Qeyd edək ki, Belçikadakı ifrat sağçı Flamand Mənfəəti Partiyası da, 19 mayda oxşar bir tədbir keçirib. Partiyanın lideri Filip Dewinter, Flamand Milli Gənclər Federasiyasının üzvləri ilə birlikdə Deurne şəhərində tədbir keçirib. İfrat sağçı qrup, donuz bişirib, piknik ediblər.
Dewinter, bu tədbirdə çəkilən fotoşəkilləri, Ramazan etiketiylə Twitter üzərindən paylaşıb.
Müxalifət.az