Ramazan bayramını qana bulayacaklardı: TUTULDULAR

Baxış sayı:
5746

Suriyada terror təşkilatı İŞİD-ın silah və sursatla bağlı məsul şəxsi qeyri-qanuni yollarla Adanaya gələrək Türkiyədə bombalı terror hadisəsi törətməyi planlaşdırıb. Aparılan əməliyyat nəticəsində 2 terrorçu tutulub.
 
Əldə edilən məlumata görə, hadisə Seyhan mahalına bağlı Onur Məhəlləsində meydana gəlib. İddiaya görə, Adana Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Suriyanın İdlib vilayətində terror təşkilatı İŞİD-ın ağır silah və sursat üzrə məsul şəxsi olduğu bildirilən F. H. və M.H.-nın qeyri-qanuni yollarla Adanaya gəldiyini müəyyən edib. Təhlükəsizlik əməkdaşları şübhəlilərin Türkiyədə bombalı terror hadisəsi törədəcəyi məlumatını alandan sonra şübhəliləri tapmaq üçün əməliyyata başlayıb.
Qrup qısa müddətdə şübhəlilərin Onur Məhəlləsində iki ayrı evdə saxlandığını təsbit edərək basqın təşkil edib. Zirehli texnikalarla evin ətrafını mühasirəyə alan polis, evə daxil olub. Evdə partlayış ləvazimatı tapılmasa da, 2 şübhəli terrorçu həbs olunub. Araşdırma nəticəsində şübhəlilərin Suriyada terror təşkilatı İŞİD adına döyüşərkən ağır silahlarla çəkdirdiyi fotoşəkillər ortaya çıxıb.
Müxalifət.az