Ramazan ayı ərzində toy etmək olarmı?

Baxış sayı:
8434

Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər demək olar ki yoxdur. İlahiyyatçılar isə bildirir ki, islam dinində Ramazan ayında toy etmək qadağası yoxdur. Sadəcə bəzi məqamlara diqqət etmək lazımdır.
Muxalifet.az-ın məlumatına görə, ilahiyyatçı Mirhəmid Məmmədov ramazan ayında iftara qədər toy, qonaqlıq və digər yeməkli məclislərin keçirilməsinin qadağan olunduğunu bildirir.
Onu da qeyd edək ki, Ramazan ayı adətən qış aylarında olanda gün qısa olduğuna görə toy edənlər daha çox olur. Ancaq yay aylarında iftar gec açıldığına görə toyun qısa keçməməsi üçün adətən bu vaxtlarda toy etmirlər.