Rakkanın 30 faizi işğaldan azad edildi – ABŞ

Suriyanın Rakka bölgəsinin 30 faizi İŞİD-dən təmizləndi.
 
Bunu ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizədə xüsusi nümayəndəsi Brett Makqark deyib.
"İŞİD terrorçuları mühasirəyə alındı və son həftədə şəhərin 23 kilometrlik hissəsi azad edildi. Demokratik Suriya Qüvvələri də 4 mövqedən irəliləyir", - Makqark deyib.