Rakka Öcalan tərəfdarlarının əlinə keçdi - Hicazi

Rakkanın idarəçiliyi Öcalan portretini asan işğalçıların əlinə keçdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rakka Vilayət Şurasının rəhbərinin müavini Məhəmməd Hicazi deyib.
O bildirib ki, şəhərdə hakimiyyətin Rakka Mülki Məclisinə verilməsi tam işğal anlamına gəlir:
“Bu vilayətin uşaqları olan bizlər Rakkada idarəçiliyin bir işğal qrupdan digər işğalçıya – Öcalan portretini qaldıranlara keçdiyini düşünürük. ABŞ-ın məqsədi Rakkanı kürdlərin separatizm layihəsinə əlavə etməkdir”.