“Raketlərimiz Avropaya da...” – İRANDAN TƏHDİD

İran sahib olduğu raketlərin uçuş məsafəsini artıra bilər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçilər Korpusunun rəhbərinin müavini general Hüseyn Salami söyləyib. Onun sözlərinə görə, Tehran elə edəcək ki, bu raketlər Avropaya qədər çatsınlar:
“Biz bu addımı Avropa ölkələrindən Tehrana qarşı təhdidlər dayanmayacağı halda atacağıq. Hələlik biz Avropadan təhdid hiss etmirik və buna görə də raketlərimizin uçuş məsafəsini artırmırıq. Hazırda İran raketləri 2000 kilometr məsafəni vurmaq gücündədirlər və bu strateji doktrinanın tələblərinə cavab verir”.