​Raket zərbələrinin Suriyaya təsiri budur – Britaniya

Baxış sayı:
1315

Şənbə günü Suriyaya endirilən raket zərbələri gələcəkdə Prezident Bəşər Əsəd hökumətinin fəaliyyətinə ciddi təsir göstərəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə katibi Gevin Uilyamson LBC radiosuna bildirib.
Uilyamson “Qərb Rusiya ilə yeni bir Soyuq müharibədədirmi” sualına cavab olaraq deyib:
“Moskva ilə əlaqələr aşağı səviyyədədir, ancaq Kremlin Suriyadakı vətəndaş müharibəsini sona çatdırmaq üçün Əsədə təsiri etməsini istərdik”.